Azərbaycan cüdoçusu Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
29 oktyabr 2026 - 19:48 29
Azərbaycan cüdoçusu Rəşad Yelkiyev (66 kq) Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.
Özbəkistanı təmsil edən Dilşodbek Hamroyev ilə qarşılaşan idmançı rəqibinə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl cüdoçularımızdan Könül Əliyeva (48 kq) və Balabəy Ağayev (60 kq) qızıl medal qazanıblar. Ruslan Paşayev (66 kq) isə bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yerlə kifayətlənib.
Bənzər xəbərlər
Emin İskəndərov: “8 il sonra yenidən eyni uğuru təkrarlamaq istəyirik”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədimiz yüksək nəticə qazanmaqdır”.
Bu sözləri cüdo ... Ətraflı
İbrahim Talıbov: “İnanıram ki, Dakarda uğurlu çıxış edəcək və bayrağımızı yüksəklərə qaldıracağam”
“Yeniyetmələrin Yay Olimpiya Oyunlarında əsas məqsədim uğurlu nəticə qazanmaqdır”.
Bu sözləri Dakar-2026 ... Ətraflı