Dakar-2026: Bayraqdarımız üzgüçülük yarışlarında mübarizəyə başlayacaq
02 noyabr 2026 - 22:52 23
Noyabrın 3-də Azərbaycanın üzgüçülük üzrə milli komandasının üzvü Süleyman İsmayılzadə Seneqalın paytaxtı Dakar şəhərində keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.
Təmsilçimiz 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında qüvvəsini sınayacaq. Yarışlara sabah Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.
Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur. Dakar, Diamniadio və Salidə təşkil olunan Oyunlara noyabrın 13-də yekun vurulacaq.
Bənzər xəbərlər
Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ... Ətraflı