Dakar-2026: Yaponiya və Rusiya komandaları liderliyi bölüşür
02 noyabr 2026 - 22:30 27
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında üçüncü yarış gününə yekun vurulub.
Günü medalsız başa vuran Azərbaycan komandası ötən günlə müqayisədə 7 pillə geriləyərək 9-cu sıraya enib. Medal siyahısının ilk pillələrində də dəyişiklik olub. Üçüncü yarış günündə iki qızıl medal qazanan Yaponiya komandası birinci, hesabında eyni sayda qızıl medal olan Rusiya millisi isə ikincidir. Çin Xalq Respublikası 1 qızıl, 2 bürünc medalla ilk “üçlüy”ü qapayır. Aktivində 1 qızıl, 1 gümüş medal olan Xorvatiya və Yeni Zelandiya komandaları isə müvafiq olaraq, dördüncü, beşinci pillələri bölüşür.
Ümumilikdə isə 41 ölkənin komandası müxtəlif əyarlı medallar qazanıb ki, onlardan da 15-i qızıl medal sevinci yaşayıb.
Qeyd edək ki, Azərbaycan komandasının aktivində hazırda 1 qızıl medal var. Yeganə medalı komandamıza cüdo yarışlarında -55 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Talıbov qazandırıb.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək Oyunlarda 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın gənc idmançı mübarizə aparır. Azərbaycan komandası olimpiadada 8 idman növü üzrə 13 idmançı ilə təmsil olunur.
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında medal qazanan ölkələr
|
Yer |
Ölkə |
Qızıl |
Gümüş |
Bürünc |
Cəmi |
|
1-2. |
Yaponiya |
2 |
0 |
0 |
2 |
|
1-2. |
Rusiya |
2 |
0 |
0 |
2 |
|
3-8. |
Çin |
1 |
2 |
0 |
3 |
|
3-8. |
Xorvatiya |
1 |
1 |
0 |
2 |
|
3-8. |
Yeni Zelandiya |
1 |
1 |
0 |
2 |
|
3-8. |
Argentina |
1 |
0 |
2 |
3 |
|
3-8. |
Misir |
1 |
0 |
1 |
2 |
|
3-8. |
Fransa |
1 |
0 |
1 |
2 |
|
9-15. |
AZƏRBAYCAN |
1 |
0 |
0 |
1 |
|
9-15. |
Ekvador |
1 |
0 |
0 |
1 |
|
9-15. |
Almaniya |
1 |
0 |
0 |
1 |
|
9-15. |
Qazaxıstan |
1 |
0 |
0 |
1 |
|
9-15. |
Sloveniya |
1 |
0 |
0 |
1 |
|
9-15. |
Türkiyə |
1 |
0 |
0 |
1 |
|
9-15. |
Ukrayna |
1 |
0 |
0 |
1 |
|
16. |
Cənubi Afrika |
0 |
2 |
1 |
3 |
|
17. |
İran |
0 |
2 |
0 |
2 |
|
18-19. |
Yunanıstan |
0 |
1 |
1 |
2 |
|
18-19. |
Hindistan |
0 |
1 |
1 |
2 |
|
20-26. |
Avstriya |
0 |
1 |
0 |
1 |
|
20-26. |
Kanada |
0 |
1 |
0 |
1 |
|
20-26. |
İordaniya |
0 |
1 |
0 |
1 |
|
20-26. |
Litva |
0 |
1 |
0 |
1 |
|
20-26. |
Portuqaliya |
0 |
1 |
0 |
1 |
|
20-26. |
Rumıniya |
0 |
1 |
0 |
1 |
|
20-26. |
Serbiya |
0 |
1 |
0 |
1 |
|
27. |
Slovakiya |
0 |
0 |
2 |
2 |
|
28-41. |
Belçika |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Braziliya |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Bolqarıstan |
0 |
0 |
1 |
1 |
|
28-41. |
İndoneziya |
0 |
0 |
1 |
1 |
|
28-41. |
İsrail |
0 |
0 |
1 |
1 |
|
28-41. |
İtaliya |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Qırğızıstan |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Moldova |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Monqolustan |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Seneqal |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Çin Taypeyi |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Özbəkistan |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Venesuela |
0 |
0 |
1 |
1 |
|
28-41. |
Zambiya |
0 |
0 |
1 |
1 |
Bənzər xəbərlər
Dakar-2026: Bayraqdarımız bu gün üzgüçülük yarışlarında mübarizəyə başlayır
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları davam ... Ətraflı
Dakar-2026: Azərbaycan üzgüçüsü finala vəsiqə qazana bilmədi
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında Azərbaycanın ... Ətraflı